00:00:00
Yazar
Admin User
12.06.2023 13:59 310 1 dəq oxuma
Sosial

Ukrayna: Kaxovka bəndi hadisəsində ölənlərin sayı 10-a çatıb

Ukrayna: Kaxovka bəndi hadisəsində ölənlərin sayı 10-a çatıb

Ukrayna Daxili İşlər Nazirliyi Kaxovka Su Elektrik Stansiyasının (SES) qəzası nəticəsində baş verən seldə həyatını itirənlərin sayının 10-a, itkin düşənlərin sayının isə 42-yə yüksəldiyini bildirib.

 

İnformator.az Nazirliyin sosial media hesabından verilən açıqlamaya istinadən xəbər verir ki, Kahovka bəndinin vurulması nəticəsində seldən zərər çəkən Xerson və Nikolayev vilayətlərində son vəziyyətlə bağlı məlumat verilib.

 

Xerson vilayətində 46 yaşayış məntəqəsinin su altında qaldığı bildirilən açıqlamada 2 min 743 nəfərin təxliyə edildiyi bildirilib. Xersonda həyatını itirənlərin sayının 8-ə, Nikolayev vilayətində isə 2-yə yüksəldiyi bildirilən açıqlamada Xersonda itkin düşənlərin sayının 42-yə yüksəldiyi qeyd edilib.

 

Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial media hesabında verdiyi video açıqlamada Xersonda suyun səviyyəsinin təxminən 3,3 metr olduğunu və yarım gün ərzində suyun səviyyəsinin 64 santimetr azaldığını bildirib.

 

İlkin

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər