00:00:00
Yazar
Admin User
29.12.2025 18:32 99 1 dəq oxuma
Dünya

Ukrayna ordusu niyə geri çəkilib?

Ukrayna ordusu niyə geri çəkilib?

Serebryanski meşəsi, Beloqorovka və Seversk — II Dünya müharibəsi dövründə də ağır döyüşlərin getdiyi ərazilər olub. Ərazinin özü üstünlük təşkil edən yüksəkliklərdən, Beloqorovkadakı kimi dağlardan ibarətdir.

 

"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski qoşunların niyə Severskdən geri çəkilməli olduqlarını və bunun əlavə təhlükələr yaradıb-yaratmayacağı barədə danışarkən deyib.

 

“İstehkamlar hələ o vaxtlar inşa olunub. Onlar o zaman da tab gətirmiş və dayanıqlı müdafiənin aparılmasını təmin edib. Digər tərəfdən, bu istiqamət uzun müddət prioritet olmayıb. Çünki düşmən sadəcə olaraq hücum əməliyyatları aparmaq imkanına malik deyildi. İrəliləmə cəhdləri olub. Bəli, briqadalar mövqelərdə dayanmışdı. Onlar hücumu davam etdirirdilər, lakin döyüşlərin intensivliyi digər istiqamətlərlə müqayisədə daha aşağı idi”, – deyə baş komandan bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər