00:00:00
Yazar
Nigar Həsənzadə
10.07.2026 22:21 19 1 dəq oxuma
Dünya

Ukrayna ordusu Rusiyaya aid 18 gəmini vurub

Ukrayna ordusu Rusiyaya aid 18 gəmini vurub

Ukrayna ordusu Rusiyaya məxsus 18 gəmini məhv edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Baş Qərargah Rusiyanın hərbi logistikasını, yanacaq-sürtkü yağlarını, hərbi yükləri və Ukraynaya qarşı silahlı təcavüz aparmaq üçün zəruri olan digər maddi ehtiyatları təmin etmək üçün istifadə edilən düşmənə məxsus 13 tankerin, üç quru yük gəmisinin, bir bərə və bir köməkçi gəminin məhv edildiyini bildirib.

#xəbər #rusiyaya #yeni #ordusu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər