00:00:00
Yazar
Admin User
30.12.2025 09:08 91 1 dəq oxuma
Dünya

Ukrayna Prezidenti Rusiyaya qalib gəlməyin şərtini açıqlayıb

Ukrayna Prezidenti Rusiyaya qalib gəlməyin şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-nin dəstəyi olmadan ölkəsi Rusiya ilə müharibədə qalib gələ bilməz və ya onu öz şərtləri ilə başa çatdıra bilməz.

 

“İnformator.az” xəbər verir ki, o bu barədə ABŞ-yə səfəri çərçivəsində “Fox News” telekanalına müsahibəsində bildirib.

 

V.Zelenskinin sözlərinə görə, ABŞ-nin dəstəyi olmadan ölkənin hava müdafiəsi əhəmiyyətli dərəcədə zəifləyəcək:

 

“ABŞ-nin dəstəyi olmadan qalib gələ bilərikmi? Xeyr. Çünki, birincisi, bütün əsgərlər yalnız öz ailələri barədə düşünəcəklər. Və Amerika dəstəyi olmadan səmamız qoruya bilmərik. Hətta indi də bu çox çətindir. ABŞ-nin hava hücumundan müdafiə raketləri kimi dəstəyi həqiqətən faydalı və güclüdür. Rusiya yüzlərlə dron və raket istifadə edir və hava hücumundan müdafiə vasitələri kifayət etmir”, - o deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər