00:00:00
Yazar
Güllər Gülhüseynova
13.06.2026 16:07 33 1 dəq oxuma
Dünya

Ukrayna PUA-larının zərbələri nəticəsində Krasnodarda terminal yanıb

Ukrayna PUA-larının zərbələri nəticəsində Krasnodarda terminal yanıb

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində Rusiyanın Krasnodar diyarının Temryuk rayonunda yerləşən dəniz terminalında yanğın baş verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev sosial şəbəkələrdə məlumat verib.

 

"PUA qalıqlarının düşməsi nəticəsində dəniz terminalında yanğın baş verib. Təəssüf ki, bir nəfər həlak olub", - o qeyd edib.

 

İlkin məlumata görə, üç nəfər xəsarət alıb.

 

Kondratyevin sözlərinə görə, yanğının söndürülməsinə 96 nəfər, Rusiya Fövqəladə Hallar Nazirliyinin texnikası da daxil olmaqla 30-dan çox texnika cəlb olunub.

#terminal #krasnodarda #ukrayna #gündəm #yanıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər