Ukrayna Putinin iqamətgahını hədəf almayıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Ukraynanın Rusiyanın şimalında həyata keçirdiyi iddia olunan dron hücumu zamanı Rusiya prezidenti Vladimir Putinin istifadə etdiyi iqamətgahı hədəf almadığı qənaətinə gəlib.
ABŞ rəsmilərinin bildirdiyinə görə bu barədə CIA-nın direktoru Con Ratkliff prezident Donald Trampı məlumatlandırıb. Qiymətləndirmə Kremlin Ukraynanın Putinin evinə hücum etməyə cəhd göstərdiyi iddiasını təkzib edir.
Qeyd edək ki, Rusiya tərəfi sözügedən hücumla bağlı hər hansı sübut təqdim etməyib, Ukrayna isə iddianı qəti şəkildə inkar edib. ABŞ prezidenti Donald Tramp ilkin açıqlamalarında Putinin sözlərinə istinad etsə də sonradan məsələ ilə bağlı daha ehtiyatlı və şübhəçi mövqe nümayiş etdirib.
Cnn News
Ədilə Hüseynzadə
