Ukrayna qüvvələri cənubda ciddi təzyiq altındadır
Ukraynanın cənubunda xüsusilə, Zaporojya vilayətində vəziyyət gərginləşir. Zəif təchiz olunmuş Ukrayna bölmələri say üstünlüyünə malik Rusiya qüvvələrinin təzyiqi altındadır. Ukrayna Təhlükəsizlik Xidmətinin zabitinin sözlərinə görə Rusiya danışıqlardakı mövqeyini gücləndirmək üçün daha çox ərazi ələ keçirməyə çalışır.
Döyüşlər əsasən Huliaipole şəhəri ətrafında gedir. Rusiya tərəfi şəhərin ələ keçirildiyini iddia edir və bildirir ki, dekabrın əvvəlindən etibarən Zaporojya və Dnepropetrovsk vilayətlərində 210 kvadrat kilometrdən çox əraziyə nəzarət altına alınıb.
Cnn News
Ədilə Hüseynzadə
