Ukrayna Rusiyanın buzqıran gəmisini vurub
Ukrayna ordusu Leninqrad vilayətində Rusiyaya məxsus “Purqa” döyüş buzqıran gəmisinə zərbə endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından məlumat verilib.
Məlumata görə, gəmi Vıborq Gəmiqayırma Zavodunda lövbər salıb. Bu gəmilər həm buzqıran gəmi, həm də hərbi gəmisi kimi fəaliyyət göstərir.