00:00:00
Yazar
Aydan Əsgərxanlı
19.07.2026 20:43 27 1 dəq oxuma
Dünya

Ukrayna savaşı: Putin Şimali Koreyaya təşəkkür edib

Ukrayna savaşı: Putin Şimali Koreyaya təşəkkür edib

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Hi ilə görüş zamanı hərbi əməliyyata (Ukraynaya hərbi müdaxilə) göstərdikləri dəstəyə görə ölkə rəhbərliyinə və xalqına bir daha minnətdarlığını bildirərək, həmin ölkənin hərbçilərinin göstərdiyi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Putin fürsətdən istifadə edərək, xüsusi hərbi əməliyyatda göstərdikləri köməyə görə Koreya Xalq Demokratik Respublikasının rəhbərliyinə və xalqına bir daha minnətdarlığını bildirib, o, hərbçilərimizə dəstək verən Koreya qoşunlarının qəhrəmanlıqlarının ölkəmizdə heç vaxt unudulmayacağını və onların dövlət mükafatlarına layiq görüldüklərini vurğulayıb", - o bildirib.

 

#putin #baki #şimali #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər