00:00:00
Yazar
Admin User
03.02.2026 14:54 44 1 dəq oxuma
Dünya

Ukrayna SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Ukrayna SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Ukrayna İranın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terror təşkilatı kimi tanıyıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Ukraynanın bu addımı heç də təəccüblü deyil:

 

"Bilirsiniz ki, İran Rusiyanın ən yaxın müttəfiqlərindən biridir və Ukrayna ilə davam edən müharibədə biz zaman-zaman İranın Rusiyanı bu və ya digər formada dəstəkləməsinin şahidi olmuşuq. Hətta İran Rusiyaya pilotlar verir. Belə olan halda, təbii ki, Ukraynanın İrana münasibəti yaxşı ola bilməz. İranın əsas qollarından biri olan SEPAH-ın terror təşkilatı kimi tanınması təsadüfi və təəccüblü deyil. Təbii ki, bu addım Tehran və Kiyev münasibətlərindəki gərginliyi bir az da artıra və İranın Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfdən iştirakını gücləndirə bilər. Amma bu onsuz da gözləniləndir.

 

Digər ölkələrin bu prosesə münasibətlərinə gəldikdə isə, Ukraynanın bu addımı həlledici olmayacaq. Çünki bir çox Qərb dövlətləri onsuz da SEPAH-ı qəbul etmirlər və etməməkdədirlər. Ukrayna heç də onlar üçün nümunə və ya leytmotiv deyil. Amma gələcəkdə SEPAH-ı terror təşkilatı kimi tanıyan dövlətlərin sayı arta bilər”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər