00:00:00
Yazar
Admin User
06.01.2026 19:22 88 1 dəq oxuma
Dünya

Ukraynada sülhməramlılar yerləşdiriləcək

Ukraynada sülhməramlılar yerləşdiriləcək

Parisdə keçirilən “İstəklilər koalisiyası” sammitində Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair razılıq əldə olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Bəyannamə layihəsində ABŞ-nin müəyyən öhdəlikləri əksini tapıb

 

Sənəddə qeyd olunur ki, Ukraynada atəşkəs rejimi qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sistemi işə salınacaq.

 

ABŞ-nin rəhbərliyi ilə atəşkəsin monitorinqi aparılacaq, Ukraynaya hərbi yardım davam etdiriləcək, çoxtərəfli beynəlxalq koalisiya yaradılacaq və s.

 

Atəşkəs dönəmində Rusiyanın hücumu baş verərsə, cavab tədbirlərinin müəyyənləşdirilməsi üçün təcili xüsusi komissiya yaradılacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər