Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan edilib
Ukrayna Baş nazirinin birinci müavini və Energetika Naziri Denis Şmıxal Rusiyanın hava hücumları səbəbindən ölkənin enerji sektorunda "fövqəladə vəziyyət" elan edildiyini açıqlanıb.
Ukraynanın müxtəlif bölgələrində, xüsusən də paytaxt Kiyevdə vəziyyətin "ciddi" olduğunu bildirən Şmıxal deyib: "Rusiya Federasiyasının intensiv hücumları səbəbindən Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan edilib". O, paytaxtda və Kiyev bölgəsindəki çətinlikləri həll etmək üçün böhran idarəetmə mərkəzinin yaradıldığını qeyd edərək əlavə edib: "Məqsədimiz, xüsusən də Kiyevdə enerji sistemində vəziyyəti mümkün qədər tez sabitləşdirmək üçün əlaqələndirilmiş və effektiv iş aparmaqdır".
Şmıxal müharibə səbəbindən müəyyən saatlarda hələ də komendant saatının qüvvədə olduğunu xatırladıb və elektrik enerjisi olmayan insanların gecələr belə Kiyevin bir çox yerində yaradılan "Məğlubedilməzlik Nöqtələri"nə gedə biləcəklərini vurğulayıb. Şmıxal Ukraynanın enerji sektorundakı problemləri həll etmək üçün müttəfiq ölkələrlə sıx əməkdaşlıq etdiklərini qeyd edərək əlavə edib: "Biz Avropa Birliyi ölkələrindən elektrik enerjisi idxalını artırırıq".
TRT Xəbər
Xədicə Məhərrəmli
