00:00:00
Yazar
Admin User
08.01.2026 05:11 67 1 dəq oxuma
Dünya

Ukraynanın iki vilayəti Rusiyanın zərbəsindən sonra tam elektriksiz qalıb

Ukraynanın iki vilayəti Rusiyanın zərbəsindən sonra tam elektriksiz qalıb

Çərşənbə axşamı Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna zərbə endirməsi nəticəsində Dnepropetrovsk və Zaporojye vilayətləri demək olar, tamamilə elektriksiz qalıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

 

"Vacib infrastruktur ehtiyat enerji ilə işləyir", - məlumatda deyilir.

 

Nazirlik əlavə edib ki, zərərin yoxlanılması və bərpa işləri təhlükəsizlik vəziyyəti imkan verdikdən dərhal sonra başlaya bilər.

 

Dnepropetrovsk və Zaporojye vilayətlərdə hava hücumu xəbərdarlığı qüvvədə qalır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər