Ukraynanın sülh danışıqları yekun mərhələdən uzaqdır
Polşanın Baş naziri bildirib ki, Rusiyanın şərtləri ilə bağlanacaq sülh sazişi “Qərbin və Ukraynanın qarşıdurmada məğlubiyyəti” demək olar.
Polşanın Baş naziri Donald Task Ukrayna üzrə sülh sazişinin hələ xeyli yol qət etməli olduğunu deyib.
“Danışıqlar hələ başa çatmaqdan uzaqdır”,– Tusk X sosial şəbəkəsində Avropa liderləri ilə gecə saatlarında keçirilən məsləhətləşmələrdən sonra yazıb. O, ABŞ-nin Kiyev üçün təhlükəsizlik zəmanətlərində iştirak edəcəyinə dair bəyanatını danışıqların böyük “uğuru” kimi qiymətləndirib. Məsləhətləşmələr ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra baş tutub.
Task bildirib ki, Rusiyanın şərtləri əsasında əldə olunacaq sülh sazişi “Qərbin və Ukraynanın qarşıdurmada məğlubiyyəti” ilə bərabər olar.
TASS
Nuray Əliyeva
