Ukraynaya 3 milyardlıq yardım təsdiqlənib
Avropa Şurası Ukraynaya yardım məqsədilə 3,2 milyard avroluq vəsaiti təsdiqləyib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Yuliya Sviridenko X hesabında yazıb.
Vəsaitlərin köçürülmə vaxtı barədə məlumat verilməyib.