00:00:00
Yazar
Admin User
17.11.2025 16:03 111 1 dəq oxuma
İdman

Ülvi Babayev Rusiya millisini seçməsindən danışıb

Ülvi Babayev Rusiya millisini seçməsindən danışıb

"Dinamo"nun (Moskva) və Rusiyanın U-21 milli komandasının əslən azərbaycanlı futbolçusu Ülvi Babayev karyerası ilə bağlı gələcək hədəflərindən danışıb.


"İnformator.az" Qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Rusiyanın əsas milli komandasında yer almaq üçün motivasiyalı olduğunu vurğulayıb:

 

“Məqsədim Rusiya milli komandasının heyətində yer almaqdır. Orada oynamağa böyük həvəsim var. Əsas məsələ Valeri Karpindən oyun vaxtı qazanmaq və verilən fürsətlərdən maksimum yararlanmaqdır”.

 

Qeyd edək ki, daha öncə AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıqlar aparırdı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər