00:00:00
Yazar
Zəhra Həsənova
28.09.2026 16:44 86 2 dəq oxuma
Sosial

Ümumi istifadədən şəxsi mülkə - binaların həyətlərinin qanunsuz zəbt olunması

Ümumi istifadədən şəxsi mülkə - binaların həyətlərinin qanunsuz zəbt olunması

Çoxmənzilli binaların ümumi istifadədə olan həyətini bəzən sakinlər şəxsi parkinq və ya çəpərlənmiş ərazi kimi mənimsəyirlər. Bu isə digər sakinlərin həmin sahələrdən istifadəsini məhdudlaşdırır.


Mövzu ilə bağlı “İnformator.az”a  açıqlamasında  hüquqşünas Mehman Muradlı bildirib ki, həyətin mülkiyyət formasından asılı olmayaraq, ümumi istifadədə olan ərazi kimi istifadəsi məhdudlaşdırıla bilməz:

 

“Çoxmənzilli binanın həyəti ümumi torpaq dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilər. Amma onun xüsusi mülkiyyətdə olması o demək deyil ki, mülkiyyətçi həmin ərazidən istədiyi kimi istifadə edə bilər”.


Ekspert qeyd edib ki, "bir sakin ümumi həyətin müəyyən hissəsini illərlə istifadə edirsə, bu fakt həmin ərazini onun şəxsi mülkünə çevirir",-fikri səhvdir. Belə bir hal mümkün deyil. İllərlə hansı formada istifadə etməyi, məsələn, orada balaca bir köşk və ya  avtomobil park eliyə bilər. Amma bu o demək deyil ki, həyətin bir hissəsi onun xüsusi mülkiyyətinə çevrilir.

 

Mehman Muradlının sözlərinə görə, qanunsuz zəbt olunmuş həyətin boşaldılmasında hüquqi problem yoxdur, amma praktikada müəyyən problemlərlə qarşılaşmaq mümkündür. Praktik problemlərdən biri ondan ibarətdir ki, çoxmənzilli binanın həyətyanı sahəsinin idarə olunması ilə bağlı cəmiyyətlər olur. Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) adlanan qurum da bunlardan biridir. Bu qurumu elə həmin binadakı mənzil mülkiyyətçiləri yaradır və idarəetmə də onlarda olur. Sakinlərin hər hansı ərazini zəbt etməsi halında mənzil mülkiyyətçiləri məsələni məhkəmə qaydasında həll edə bilərlər. Sonradan həmin ərazinin boşaldılması ilə bağlı məhkəmə qətnaməsinin icrasını artıq icra məmurları həyata keçirirlər. 
 

Arzum Ağazadə

#qanunsuz #binaların #mülkə #şəxsi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər