"Universal Skrininq" layihəsi çərçivəsində ibtidai sinif müəllimləri ilə növbəti görüş keçirildi.
14.10.2022-ci il tarixində Təhsildə İnkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi "Universal Skrininq" layihəsi çərçivəsində inklüziv təhsil üzrə peşəkar təlimçi-mentor Xəyalə Məmmədova tərəfindən 155, 68, 215 nömrəli tam orta məktəblərin 3-cü sinfində dərs deyən ibtidai sinif müəllimləri ilə görüş keçirildi. Görüşün keçirilməsində əsas məqsəd öyrənmə çətinliyi olan uşaqların müəyyən edilərək layihəyə cəlb olunması idi.
