"Universal Skrininq" layihəsi çərçivəsində öyrənmə çətinliyi olan şagirdlərlə görüş keçirilib-FOTO
Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi "Universal Skrininq" layihəsi çərçivəsində Sabunçu rayonu 67, 170, 68, 215, 155 nömrəli tam orta məktəblərin 3-cü siniflərində təhsil alan öyrənmə çətinliyi olan şagirdlərlə görüş keçirilib.
155 nömrəli tam orta məktəbin direktor müavini, layihə rəhbəri Vəfa Məmmədovanın İNFORMATOR.AZ-a verdiyi məlumata görə, korreksiyaedici pedaqoq Şirinli Rəfiqə şagirdlərə inkişafetdirici tapşırıqlar üzrə müxtəif fəaliyyətlər keçirmiş, sinif müəllimlərinə müvafiq tövsiyyələr vermişdir.



