00:00:00
Yazar
Admin User
02.08.2023 17:28 475 1 dəq oxuma
Sosial

Universitetdən kənar təlimlər tələbələrə nə qazandırır?

Universitetdən kənar təlimlər tələbələrə nə qazandırır?

Tələbəlik yalnızca universitet həyatından ibarət deyil. Bir çox elmi araşdırmalar şəxsin inkişafında yalnızca universitet təhsilinin yetərsiz olduğunu ortaya qoyub. Universitet təhsili ilə yanaşı, ixtisasa uyğun təlim və seminarlar da həm praktik, həm də nəzəri biliklərin artırılmasında mühüm rol oynayır.


Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Səadət Quliyeva deyir ki, qoşulduğum təlim proqramları ona bilmədiyi bir sıra yeni biliklər qazandırıb: "Düşünürəm ki, bu tip təlimlər tələbələr üçün çox əhəmiyyətlidir, həm tələbələrin əlaqələrinin genişlənməsində, həm də yeni biliklər öyrənməsində.

 

Sayad Qoşnalıyeva da universitetdən kənar təlimlərin tələbələrə bir çox yeni biliklər qatdığını düşünür: "Təlimçilərdən, media ekspertlərindən Jurnalistika ilə əlaqəli bilmədiyimiz, maraqlı informasiyalar əldə edirik. Məsələn, ən son iştirak etdiyim təlimdə əsasən, dezinformasiya və feyk (saxta) məlumat nədir, necə yayılır, onu kimlər yayır, dezinformasiya və feyklərin zərəri nədir? kimi mövzular müzakirə olundu. Bu mövzular da günümüzün aktual mövzularıdır. Fikrimcə, bu təlimlər tələbələr üçün faydalıdır.

 

Fatima Mustafayeva vurğulayır ki, universitetdən kənar təlimlərin həm şəxsin özünü inkişaf etdirməsinə, həm də özünə inamı yaratmağa kömək edir: "Həmçinin yeni mühitdə sosiallaşırıq, yeni dostlar da qazana bilirik. Eyni zamanda ixtisas yönümlü və yaxud digər təlimlərə qatılmaqla yeni fikirlər, düşüncələr, məlumatlar əldə edirik".

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər