00:00:00
Yazar
Admin User
08.11.2023 12:17 594 1 dəq oxuma
Sosial

Universiteti bitirib diplom ala bilməyən tələbələr

Universiteti bitirib diplom ala bilməyən tələbələr

Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə diplom ala bilməyib. Bəs, diplomun verilməməsinin səbəbləri nələrdir?

 

Məsələ ilə bağlı, təhsil eksperti Elçin Murad informator.az-a açıqlama edib. Ekspertin sözlərinə görə, tələbələrin diplomlarını ala bilməməsinin 2 səbəbi var.

 

"İlk səbəb, Ali məktəbə qəbul olan tələbələrin Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahan nəticəsində yox, başqa yolla, qeyri-rəsmi şəkildə qəbul olmasıdır. Digər, ən böyük səbəb isə diplomların həm Dövlət imtahanı zamanı, həm də müdafiə ərəfəsində rüşvət məsələsinin olması ilə bağlıdır”.

 

Ekspert deyir ki, bəzi universitetlərdə diplomun verilməsi zamanı tələbələrdən müəyyən məbləğ ödəyərək, diplom müdafiəsinə yazılmaqları tələb edilir.

 

“Lakin bu məbləği ödəyə bilməyən tələbələr var. Məbləği ödəyə bilənlər diplomu ala bilir, ancaq ödəyə bilməyənlər isə almır. Yəni, tələbələr 4 il universitet təhsili alsalar da, sonda məbləği verə bilmədiyi üçün diplom ala bilmir. Bəzən tələbə diplomdan imtina belə edir. Gələcəkdə hər hansı quruma müraciət etdiklərində isə istədikləri cavabı ala bilmirlər".

 

Belə hallarla qarşılaşdıqda tələbə hara müraciət edə bilər?

 

"Həmin tələbələr Elm və Təhsil Nazirliyinə müraciət edib, rəsmi şikayət yaza bilərlər. Yaxud, başqa bu məsələ ilə bağlı məşğul ola biləcək qurumlara müraciət edərək aradakı problemi həll edə bilərlər".

 

Elçin Murad sonda təəsüflə qeyd edir ki, bu gün ölkəmizdə belə hallara çox rast gəlinir.

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər