00:00:00
Yazar
Admin User
29.09.2023 16:07 804 2 dəq oxuma
Sosial

Universitetlərdə təhsil müddəti 3 ilə endiriləcək?

Universitetlərdə təhsil müddəti 3 ilə endiriləcək?

Ötən ay elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında, hazırda ali təhsil müəssisələrində bəzi ixtisasların tədris müddətini 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlanıldığını qeyd edib.
"Tədris proqramını elə dizayn etmək olar ki, bir ixtisası 3 ilə yox, 2 ilə də vermək olar. Lakin bunun üçün zəruri baza olmalıdır. Qısa müddətdə texnologiyadan istifadə edən şəxsi yaratmaq mümkündür, lakin qısa müddətdə texnologiya hazırlayan mütəxəssis yetişdirmək mümkün deyil. Hazırda ali təhsil müəssisələrində bəzi ixtisasların tədris müddətini 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlamışıq. Rektorlarla müzakirələrimiz olub ki, ali təhsil müəssisələrində tədris olan hər bir fənn əmək bazarı üçün vacibdirmi, yoxsa yox?", - deyə nazir əlavə edib.


Bəs Azərbaycanda ali təhsil müddətini 4 ildən 3 ilə endirmək mümkündür mü? Bu tələbələrin təhsil bazasına necə təsir göstərəcək?

Məsələ ilə bağlı İnformator.az-a danışan təhsil eksperti Elşən Qafarov qeyd edib ki, Ali təhsilin hazırda qanunvericiliyə əsasən, 3 səviyyəsi var:bakalavriat, magistratura və doktorantura. Bakalavriat üzrə ölkəmizdə təhsil müddəti 4 ildir. Bakalavriatın müddətinin dəyişilməsi üçün bütün qanunvericiliyi dəyişmək lazımdır. Beynəlxalq təcrübədə isə belədir ki, ali təhsilin 4 səviyyəsi var: subbakalavr, bakalavr, magistratura, doktorantura. Yəni subbakalvr ali təhsilin bir səviyyəsidir. Tələbə bakalavriat təhsilini davam etdirmək istəyirsə, yenidən imtahan verir və 2 il oxuyur. Bunu davam etdirib sonra, magistraturaya daxil olmaq istəyirsə, yeniden imtahan verərək 2 il müddətində oxuyur. Bizdə isə subbakalavr ayrı olduğu üçün bakalavriat 4 il sayılır. Düşünürəm ki, bu qanun beynəlxalq təcrübəyə uyğunlaşmalıdır. Bakalavriat 2 il olmalıdır. Kolleclər ləğv olunub, ali təhsil müəssisələrinə birləşdirilməlidir. Ali təhsil 3 yox 4 səviyyə ilə müəyyən olunmalıdır. Bunun üçün qeyd etdiyimiz kimi qanunvericilikdə dəyişiklik olmalıdır. İnaniram ki, yaxın gələcəkdə bu baş tutacaq.

SƏRİYYƏ TAĞIYEVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər