00:00:00
Yazar
Admin User
17.10.2023 17:06 271 2 dəq oxuma
Sosial

Unun qiyməti qalxdı

Unun qiyməti qalxdı

Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
İnformator.az trend.az-a istinadən xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində manata yaxın artım olub.

 

Bəs,bu qiymət artımı çörək qiymətlərinə təsir edəcək mi?
Unun qiymətinin artmasının əsas iqtisadi səbəbləri nələrdir?
İnformator.az sözügedən məsələ ilə bağlı araşdırma edib.

 

№1 Çörək Zavodu saytımıza açıqlamasında qeyd edir ki,un qiymətlərinin artımı nəticəsində zavodun çörək məhsullarında hər hansısa bir qiymət artımı gözlənilməməkdədir.

 

İqtisadçı ekspert Elçin Rəşidov sözügedən məsələ ilə bağlı informator.az saytına açıqlama edib. Ekspert deyir ki, son vaxtlar biz buğdanı Rusiyadan alırıq və Rusiyada buğdanın alış qiyməti azdır,topdan satış bazarında qiyməti düşüb.

 

"Çox maraqlıdır ki, eyni vaxtda Azərbaycanda unun qiymətində artım müşahidə olunur. Ümumiyyətlə,buğdanın qiyməti dünya bazarında düşsə də,Azərbaycanda düşmürdü. Bu ziddiyətin səbəbləri eynidir. Ölkədə unun qiyməti qalxsa da,çörək zavodları çörək qiymətlərini qaldırmayacaqlarını bildiriblər,halbuki, çörəyin bişirilməsində əsas ərzaq undur Bu da başqa bir ziddiyətdir. Bu o deməkdir ki, öncədən çörək baha qiymətə satılıb ki,indi unun qiyməti qalxdığı halda çörəyin qiymət dəyişmir. Yəni,buğdanın, unun və çörəyin-üçünün qiymətində də bazar qanunları pozulub".

 

Ekspert deyir ki, çörək zavodlarının çörəyin qiymətini qaldırmaması iqtisadi qanunlara əməl edilməməsinin göstəricisidir.

 

"Azərbaycanda buğda bazarında ərzaq təhülkəsizliyi strategiyasına uyğun olaraq,dövlətin çoxlu buğdanı alıb,anbarlarda saxlaması var. Bu dövlətə,iqtisadiyyata və vətəndaşlara baha başa gələn,qeyri-şəffaf prosesdir. Bu prosesə əsasən,dövlət keçən il buğdanı baha aldığına görə,bu il dünya bazarında qiymət düşdüyü halda,Azərbaycanda buğdanın qiyməti bahadır. Həmçinin,xaricdən idxal olunan buğdanın qiymətinin aşağı düşməsinin qarşısı inzibati yollarla alınıb. Və bunun nəticəsində il ərzində ölkəmizdə buğdanın qiyməti baha olaraq qalıb".

 

Müsahib əlavə edir ki, Buğdanın qiymətinin düşməməsi istehlakçılara,xüsusilə,yoxsul təbəqəyə zərərli oldu.

 

“Ərzaq təhlükəsizliyi məsələsi şişirdilmiş məsələdir. Buğda üzrə Ərzaq təhlükəsizliyi məsələsi bəzi yollarla həll oluna bilər. Bunlardan ilki idxalın diversifikasiyasıdır. Bu hal-hazırda həm Cənubdan,həm də Şimaldan bizim üçün mümkündür. Bütün Avropa ölkələri,o cümlədən,Türkiyə də bu gün özünü diversifikasiya edir".

 

Elçin Rəşidov hesab edir ki,yerli taxıl Azərbaycana,iqtisadiyyata sahələrdən biridir. Taxıl böyük həcmdə su tələb etdiyi üçün su resurslarına da böyük zərər vurur.

 

"Ölkədə unun və çörəyin qiyməti əlaqələndirilməlidir. Düşünürəm ki, çörək zavodlarının bazar qaydalarına uyğun qiymətləri təyin etməsinə imkan verilməlidir. Eyni zamanda bazarda da qiymətlər oynasın, iqtisadiyyat bazarda qiymətlər oynadıqda qazanır. Çörək,benzin sahəsində və ya başqa sahələrdə qiymətin oynamasına imkan verilməlidir".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər