00:00:00
Yazar
Admin User
17.11.2023 17:37 470 2 dəq oxuma
Sosial

Ünvanlı sosial yardımla bağlı edilən müraciətlərə niyə imtina cavabı verilir?

Ünvanlı sosial yardımla bağlı edilən müraciətlərə niyə imtina cavabı verilir?

Ünvanlı sosial yardım almaq istəyənlərə bir çox hallarda müxtəlif səbəblərdən imtina cavabı gəlir.

 

İnformator.az xəbər verir ki, bəzilərinə torpaq sahibi olduğundan bəziləri isə adlarına mülkiyyət olduğu üçün gəlir bu cavablar. Əslində bir qədər qəlizdi məsələ. Deyirlər ki, torpaq sahibi olsalar da maddi durumları əl vermədiyi üçün torpaqdan da yararla bilmirlər. Maraqlısı budur ki, əgər vətəndaş torpaqdan gəlir əldə edirsə, yardım almaq üçün niyə müraciət etsin? Əslində prosesin mahiyyəti necədi?

 

Məsələ ilə bağlı Milli Məclisin üzvü Vüqar Bayramov açıqlamasında bildirib ki, bu məsələlər ailənin gəliri hesablanaraq müəyyənləşir.

 

“Ailənin adam başına düşən gəliri məsələn ailədə 4 nəfər varsa və onun ailə üzvlərinin gəliri indiki ehtiyac meyarına uyğun 270 manat növbəti ildən etibarən 270 manatdan azdısa bu halda həmin ailə üvanlı sosial yardıma müraciət edə bilir”.

 

Amma bir məsələ var ki, az əməkhaqqına çalışan şəxsin əgər adına torpaq və ya maşın varsa bu məzələni qəlizləşdirir. Həmin şəxslərə yardımlar şamil olunmur. Deputat, bu problemə aydınlıq gətirdi.

 

“Əslində insanlara torpaq sahibi olduğu üçün deyil, bu torpaqdan heç bir gəlir əldə etmədiyindən, vergi ödəyicisi olmadıqları üçün onlara imtina gəlir”.

 

Vüqar Bayramovun sözlərinə görə, torpaqdan istifadə zamanı sabit vergi ödənişlərinin həyata keçirilməsi və bununla vətəndaşımızın torpaq üzərində mülkiyyət hüququ ilə yanaşı eynizamanda həmin torpaqdan gəlir əldə etdiyini göstərməsi və təsir etməsidir və təbii ki, digər məqam vətəndaşlarımızın bəzi hallarda adına torpaq olduğu halda hətta ondan istifadə etdiyi halda həmin ödənişləri etməməsi ilə bağlıdır.

 

“Həmin ödənişlər ödənilmədiyi üçün vətəndaşımızın torpaqdan gəlir əldə edib etmədiyi müəyyənləşmir. Və nəticə etibarı ilə ünvanlı sosial yardımın müəyyənləşməsi mümkün olmur”.

 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, vətəndaş hesab edir ki, o torpaq sahəsindən heç bir gəlir götürmür buna görə də bu ümumiyyətlə nəyə lazımdır.

 

“Dövlət də əhalinin gəlirlərini hesablayanda vətəndaşın mülkiyyətində olan və yaxud da icarəyə götürdüyü istifadəsində olan torpaq sahəsini normativlərə uyğun olaraq hesablamalar apararaq ona burdan bu qədər gəlir götürürsən və mənə demirsən və yaxud da ki, götürmə imkanın var götürmürsən. Və hesablanmış gəlirlər ehtiyac olunan meyarların üzəridə olur. Ehtiyac meyarının üzərinə gəlirlər qalxanda vətəndaşa sosial yardımların verilməsi hüququ məhdudlaşır”.

 

Lamiyə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər