Urbanizasiya problemi Prezidentin gündəliyində
Bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar. Bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə deyib. Dövlət başçısı vurğulayıb ki, regional inkişafın əsas məqsədi kəndlərdə həyat şəraitini yaxşılaşdırmaq və əhalinin öz torpağında möhkəmlənməsini təmin etməkdir.
Mövzu ilə bağlı urbanist Anar Əliyev urbanizasiya ptobleminin əslində indiki dövrün məsələsi deyil:
"Son 50 il ərzində bütün dünyada urbanizasiya prosesi sürətlə gedir, yəni insanlar kənd yerlərindən daha çox şəhərlərə köç etməyə üstünlük verirlər. Bunun əsas səbəbi iş imkanlarının və xidmətlərin əsasən şəhərlərdə cəmləşməsidir. Urbanizasiya özlüyündə mənfi proses deyil və bunu Azərbaycana xas problem kimi təqdim etmək də doğru olmaz. Bu, qlobal və təbii bir tendensiyadır. Sadəcə bu prosesi düzgün idarə etmək lazımdır: nəqliyyatın təşkili, əhali axınının tənzimlənməsi və şəhər infrastrukturunun uyğunlaşdırılması kimi addımlar vacibdir”.
Günel Əlili