00:00:00
Yazar
Admin User
18.08.2023 10:12 369 1 dəq oxuma
Sosial

ÜRƏKBULANMA, QUSMA, BAŞGİCƏLLƏNMƏ

ÜRƏKBULANMA, QUSMA, BAŞGİCƏLLƏNMƏ

   Son günlər əksəriyyət ürək bulanması və baş gicəllənməsindən şikayət edir. Belə ki, həmin şəxslər heç bir başqa şikayətləri olmadığı halda ürəklərinin bulanması və baş gisəllənməsindən əziyyət çəkdiklərini bildirilər.

  Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, ürəkbulanma və qusma halları, insan orqanizmində müşahidə edilən, patoloji prosesin əlamətləridir. Bu vəziyyət, daha çox endagen zəhərlənmələr, virus infeksiyaları və müxtəlif xroniki xəstəliklərin təsir dairəsində baş verir. “Ürəkbulanma və qusma hallarının, yay aylarında qeydə alınması, kütləvi xarakter daşımır. Kütləvi vəziyyətlərə əsasən, pandemiya dövründə daha sıx rast gəlirdik. Amma, bu gün belə, pandemiyanın tam şəkildə bitməsini söyləyə bilmərik. Bir neçə ay öncəyə, nəzər salsaq, pandemiyanın fəsadları olan, qrip, qızdırma, halsızlıq, ürək bulanma halları hələ də qeydə alınırdı”. Adil Qeybulla bu kimi halların isti havanın təsirindən ola bildiyini diqqətə çatdırır. Amma, “Omicron ştammı”nı gözardı etməməyi də məsləhət görür. “Xəstələnənlərin sayı artsa, belə, ölənlərin sayında artım müşahidə edilmədiyinə görə, bu virusun müəyyən qədər zəifləməsini söyləyə bilərik. İnsanlarda bu hallar ya virusun nəticəsindən, ya da istinin törətdiyi fəsadlardan ola bilər. Səbəbsiz yerə, ürəkbulanma, qusma, baş ağrısı müşahidə edilmir”.

 HƏCƏR ƏMİRASLANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər