00:00:00
Yazar
Admin User
29.12.2025 17:11 85 1 dəq oxuma
Dünya

Uşakov: Tramp Ukraynanın Putinin iqamətgahına hücumundan qəzəblənib

Uşakov: Tramp Ukraynanın Putinin iqamətgahına hücumundan qəzəblənib

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına hücum cəhdindən qəzəblənib. 


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib .

 

“ABŞ prezidenti bu xəbərdən şoka düşdü, sözün əsl mənasında qəzəbləndi və dedi ki, belə dəli hərəkətləri təsəvvür belə edə bilməz”, - Uşakov bildirib.

 

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında Putinin iqamətgahına hücum cəhdinin danışıqlar prosesinə təsir edəcəyini deyib.


Ukrayna Silahlı Qüvvələri ötən gecə Putinin Novqorod vilayətindəki iqamətgahına 91 uzaqmənzilli dronla hücum edib. Dronların Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər