Uşaq bağçasında İDDİA: Uşaqlara sakitləşdirici dərman verildi
Tayvanın Yeni Taybey şəhərindəki uşaq bağçasının müəllimləri öskürək siropları olan fenobarbital və benzodiazepin adlı dərmanlarla şagirdləri sakitləşdirməkdə ittiham olunurlar.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, polislərin davam edən araşdırmalarına rəğmən, uşaqlarda asılılıq yaradan siropların verilmə səbəbləri hələ də məlum deyil. İctimaiyyətin artan narahatlığı səbəbilə Taipei Şəhər Xəstəxanası məktəbəqədər uşaqlarda sakitləşdirici dərmanların təsirini yoxlamaq üçün pulsuz qan testləri təklif etməyə başlayıb.
Tayvanlı əczaçı mediaya bildirib ki, nadir hallarda olsa da, bəzi öskürək və mədə-bağırsaq vasitələrinin tərkibində fenobarbital ola bilər. Tərkibində fenobarbital olan dərmanlar daha çox epilepsiyanın müalicəsində və yaxud cərrahi anesteziya kimi istifadə olunur. Bu cür dərmanlar hər kəs üçün əlçatan olmur.
Qeyd edək ki, bu preparatlar asılılıq yaradır və həddindən artıq qəbul edildikdə yuxu gətirə və nəfəs darlığına səbəb ola bilər.
