00:00:00
Yazar
Admin User
11.10.2023 15:49 310 2 dəq oxuma
Sosial

Uşaq məktəbə mobil telefon apara bilər?

Uşaq məktəbə mobil telefon apara bilər?

Son zamanlar orta məktəb şagirdlərinin qeyri-etik davranışlarının tez-tez şahidi oluruq. Dərsdə telefonla oynayan, "TikTok"-da canlı yayım açan, dərsi dinləməyən şagirdlərin sayı gündən-günə artır. Bəs, bu halların artma səbəbləri nədir? Əslində, bir müddət əvvəl keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan ediləcəyini demişdi. Bəs, bu gələcək yaxın gələcək ola bilərmi?Sosial şəbəkələrdə yayılan görüntülərin (Tik-tokda canlı) paytaxt məktəblərində lentə alındığı iddia olunur. Dərs zamanı canlı yayım açan şagirdlər nizam-intizam qaydalarını pozmaqla yanaşı, digər sinif yoldaşlarının müəllimi dinləməsinə mane olurlar. Qanunvericiliyə görə, təhsil müəssisəsinə telefon gətirmək qadağan deyil. Amma tədris ilinin əvvəlində pedoqoji şurada bununla bağlı xüsusi qaydalar müəyyən olunmalı və şagirdlərin yaş dövrləri nəzərə alınmalıdır.

Müəllim - Ofeliya Musayeva Arb xəbərə verdiyi açıqlamada deyir ki, yuxarı sinif şagirdləri telefondan istifadə etməyə can atırlar.

“Müəllim tez-tez irad bildirəndə yaxud da, münasibət bildirəndə şagirdlərin də, valideyinlərin də xoşuna gəlmir. Onlar sadəcə əlaqə saxlamaq baxımından deyirdilər ki, telefonu ona görə vermişik ki, ancaq mən zəng etsəm arxeyin olum ki, uşağım haradadır”.

Deyilənləri valideynlər də təsdiq edirlər.

Valideynlər açıqlamasında, “telefon lazımdı ki, ünsiyyətdə olasan ki, biləsən uşağın haradadır”, belə verirəm ki, xəbərdar olmağıma görə”, “çünki avtobus aparıb gətirir qarşısına çıxıram”, “əlaqə yaratmaq üçün, məsələn bu gün evdəkilər götürə bilmədilər mənimlə əlaqə saxldılar ki, mən özüm burda işləyirəm mən götürüm” - kimi şüarlar səsləndiriblər.

Ekspertlərin fikrincə, bu tip hallar baş verən məktəblərdə direktorların üzərinə də böyük iş düşür.

"Təhsil ocaqlarında nizam-intizamı onlar qaydaya salmalıdırlar".

Direktor - Südabə Abdullayeva deyir ki, şagirdlər məktəbə girərkən telefonlarını o şkaflara, gözlərə qoyurlar.

“Böyük siniflərin sayı qədər gözlər düzəldilib. Hər bir gözün öz açarı var,üstündə sinifi yazılmışdır, və açarlar sinif rəhbərində olur”.

Məktəb rəhbəri onu da əlavə etdi ki, bu kimi vəziyyətdə problem yaradan şagirdlərin valideynləri ilə sıx əlaqə saxlanılır və sözügedən uşaqlara dərsdən əlavə psixoloji seanslar təşkil edilir.

Gündüz

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər