Uşaqlarda psixoloji pozuntulara səbəb nədir?
"Uşaq psixologiyasının pozulmasına əsas səbəblər onların tərbiyə aldığı ailə mühiti ilə sıx bağlıdır". Bu sözləri "İnformator.az"-a açıqlamasında Ailə və Uşaq psixoloqu Aynur İsmayılova bildirib.
Psixoloq qeyd edib ki, bu kimi hallar uşaqlarda bir sıra problemlərin meydana çıxmasına zəmin yaradır.
"Müxtəlif yaşlarda uşaqların psikaseksual inkişaf dövrü var. Bu dövrdə valideynlərin onlarla necə davranmasından asılı olaraq uşaqlarda hədsiz aqressivlik, həyəcan pozuntusu kimi hallar müşahidə olunur. Sonradan qazanılan psixoloji problemlər məsələsi isə bir uşağda 0 yaşdan 6 yaşa qədər olan dövrdə ortaya çıxa bilər. Belə ki uşaq valideyni ilə tərbiyə aldığı mühitdə, bağçada, məktəbdə və s. olan münasibətlərdən dolayı psixologiyada müxtəlif dəyişikliklər baş verir. Bu psixoloji pozuntular ilə də nəticələnə bilər. Bu halda sözügedən pozuntu insanda gələcəkdə panik atak, həyəcan pozuntusu, nevroz kimi problemlərə səbəb ola bilər".
Çinarə Muradova