Uşaqlarımza maddi cəhətdən çox mənəvi dəstək olmalıyıq
“Cəmiyyətdə bir neçə ailə tipi mövcuddur. Avtoritar, hədsiz qoruyucu, liberal, güvən verici”.
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, bu ailələrin hər biri fərqli özəlliklərə uşaqlar yetişdirir.
“Məsələn, avtoritar modelə məxsus ailədə böyüyən uşaqları valideyn özü idarə edir, özünün gerçəkləşməyən arzularını övladının timsalında tətbiq edir. Güvən verici ailə tipi ən yaxşı model sayılır. Övladının səhvlərinə nəzər yetirib, onlara dərs çıxarmaları üçün həll yolları göstərməsi bu ailə tipinə nümunədir. Liberal ailədə isə uşağın sözü daha keçərli olur. Buna görə də o uşaqların cəmiyyətlə uyğunlaşması asan olmur. Qoruyucu ailə modelində valideyn uşağın üzərində o qədər titrəyir ki, bu da bəzi fəsadlara səbəb olar. Gələcəkdə həmin uşaq tələb edəcək ki, cəmiyyətdə hər kəs onu sevsin, hər kəs onun qayğısına qalsın, nəticədə öz dəyər səviyyəsini endirəcək. Biz övladımızı davamlı tənqid edib, alçaldırıqsa , övladımızda özgüvən əksikliyi baş verir. Gələcəkdə də liderlik potensiyalını itirir. Buna görə də biz valideynlər övladlarımızla dost olmalı, onların sevdiyi nöqtələrdən çıxış etməliyik. Uşaqlarımıza maddi cəhətdən çox, mənəvi dəstək olmalı, onların yanında olduğumuzu daim hiss etdirməliyik. Övladımız uğursuz belə olsa, onun uğurlu yetişməsi üçün bütün tədbirləri görməli, qaydaları həyata keçirməliyik”.
Fidan Bəhmənova
