00:00:00
Yazar
Admin User
16.10.2025 18:40 174 3 dəq oxuma
Maraqlı

Uşaqlığın mədəniyyəti: oyuncaqların bizə öyrətdikləri

Uşaqlığın mədəniyyəti: oyuncaqların bizə öyrətdikləri

Uşaqlıq illəri insanın formalaşdığı ən vacib dövrlərdən biridir. Hər bir oyuncağın öz hekayəsi və mədəni anlamı var. Oyuncaqlar yalnız əyləncə vasitəsi deyil, həm də bir xalqın dəyərlərini, inanclarını və həyat tərzini uşaqlara ötürən gizli müəllimlərdir. Qızılqaş kuklalar, taxta maşınlar, evdə düzəldilən oyunlar bunların hamısı uşaqlıqla yanaşı bir mədəniyyət daşıyır.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Günel Əkbər bildirib ki,oyuncaqlar uşaq psixologiyasında ən çox işimizə yarayan vasitə məhz oyun növüdür,oyun terapiyasıdır:

 

"Çünki qarşımızdakı uşaq nə zəka olaraq, nə yaş olaraq, nə təxəyyül olaraq bizi anlaya biləcək potensialda deyil. Buna görə də biz onların səviyyəsinə enməli oluruq. Bunun üçün də bizim ən çox istifadə etdiyimiz metod məhz oyun terapiyasıdır. Oyun həm psixoloqların həm valideynlərin uşağın inkşafı üçün ilk bilməli olduğu, etməli olduğu vacib nüansdır. Oyun vasitəsi ilə uşaqda sosial qabiliyyətlər formalaşdırırıq, nitq, ünsiyyət qabiliyyəti formalaşa bilir. Empatiya qabiliyyətini oyun vasitəsi ilə uşaqlara öyrədə bilirik. Bu baxımdan oyun terapiyası bizim üçün çox vacibdir. Azərbaycan mədəniyyətində nəzərə alsaq ki, texnoloji baxımdan innovasiya bizdə yeni-yeni başlayıb. Məsələn:10 il əvvələ qədər uşaqlar hələ də bizim köhnə dediyimiz oyunlardan istifadə edirdi. Biz Avropa qədər bunun təsirinə məruz qalmamışıq. Əslində bu müsbət bir haldır. İlk olaraq əvvəlki oyuncaqları nəzərə alsaq, biz hazırda bunnan çox əziyyət çəkirik-uşaqlarda təxəyyül qabiliyyətini daha tez inkişaf etdirirdi. Çox az sayda oyuncaq verilirdi və bu uşağın təxəyyülünə qalırdı. Məsələn süpürgəni at kimi istifadə edib, olmayan bir şeyi olan kimi təxəyyül edirdi və bununla da təxəyyülünü, düşüncə tərzini inkşaf etdirirdi. Amma indi o qədər oyuncaqlar hazır şəkildə verilir. Z nəslinin valideynləri uşaqlara çox oyuncaq verir və düşünür ki, bu yaxşı şeydir. Belə olduğu düşünülsə belə, bu uşağa emosianal baxımından inkişafa mane olan faktordur. Əvvəlki oyuncaqlarda toxunuş daha çox idi. Məsələn: palçıqla oynamaq, daş ilə oyuncaq düzəldirdi, hansısa bir gəlincik bez parçadan idi. Bu materaillar elədir ki, uşaqlar onlara toxunduğu zaman sinir sistemi sakitləşir.Bu oyuncaq sinir sisteminin inkişafı üçün də yaxşı oyuncaqlardır. Bu uşaqlar daha sosial olur. Köhnə oyuncaqlar elə idi ki, partnyor lazım olurdu və buda sosiallaşmağa təkan verirdi. Komanda şəklində işləyirdilər".

 

 

Müsahibimiz həmçinin bildirib ki, uşaqlara hazırda telefon maraqlı deyil, telefon onlara daha maraqlı faktor kimi görünür:

 

"Bu isə sosial qabiliyyətləri çox aşağı salır. Məsələn: əvvəlki illərə nisbətən loqopedlərə ehtiyac çox artıb. İndi isə telefon istifadəsi və s. o qədər ehtiyac yaradır ki, loqopedə getməyə məcburiyyət yaranır. Çünki uşaqların nitq qabiliyyəti inkişaf etmir. Bunun kökündə dayanan səbəb oyundur. Oyun yox, komanda yox-uşaq öz yaşıdı ilə dialoqa girə bilmir. Ən birinci problem də budur. Empatiya hissini öyrənir, paylaşmağı öyrənir əvvəlki oyun sistemi uşağın yaşına uyğun bütün faktorların inkişafına təkan verir. İndiki dövrdə uşaqların oyuncağa marağı qalmır. Biz bunun qarşısını necə ala bilərik?

 

Valideynlər hər hansısa bir oyuncağı göstərib: "Mən uşağ ikən bu oyuncağı oynayırdım, bu mənim ən sevimli oyuncağımdır"deməlidir. Bu uşaqda həmin oyuncağa qarşı maraq oyada bilər, diqqətini çəkər. İkinci əsas faktor məktəb və bağçadır. Təlim, seminar, ev tapşırığı kimi verə bilərlər.Bu kimi hallar olsa uşağda oyuncağa qarşı maraq oyanar. Hazırda21-ci əsrdə uşaqlarda yaranan bu problemlərin kökü oyun qabiliyyətinin formalaşmamasından qaynaqlanır".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər