00:00:00
Yazar
Admin User
23.09.2025 09:10 108 1 dəq oxuma
İdman

"Uzbekistan Airways" "Boeing"dən 22 təyyarə alır

"Uzbekistan Airways" "Boeing"dən 22 təyyarə alır

"Uzbekistan Airways" aviaşikəti "Boeing" korporasiyası ilə 14 ədəd "Boeing 787-9 Dreamliner" təyyarəsinin və bu tipli əlavə 8 hava gəmisinin seçim əsasında tədarükü haqqında müqavilə imzalayıb.

 

Bu barədə "İnformator.az" aviadaşıyıcının mətbuat xidmətinə istinadən xəbər verir.

 

"Sövdələşmə aviaşirkətin donanmasının uzunmüddətli modernləşdirilmə proqramının bir hissəsidir. Tədarük 2031-ci ildən etibarən həyata keçiriləcək", - məlumatda deyilir. Şirkətdən qeyd olunub ki, genişfüzelyajlı təyyarə parkının genişləndirilməsi əsas istiqamətlərdə sərnişin tutumunu artırmağa, Mərkəzi Asiyanı Şimali Amerika, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionu ilə birləşdirən marşrut şəbəkəsini çevik inkişaf etdirməyə imkan verəcək. Sövdələşmənin dəyəri 8 milyard dollardan çoxdur.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər