00:00:00
Yazar
Admin User
17.10.2025 17:21 130 1 dəq oxuma
İdman

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılıb

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılıb

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanovun vəzifəsindən ayrıldığı rəsmi şəkildə açıqlanıb. Yeni məşqçinin kim olacağı haqqında mediaya hələ ki, dəqiq məlumat yayımlanmayıb.

 

 

Mövzu haqqında idman mütəxəssisi Faiq Əsgərov "İnformator.az"a açıqlamasında bildirib ki, Rəşad Əbdürəhmanovun vəzifəsindən ayrılması federasiyanın qərarıdır:

 

 

" Federasiyasının məşqçini dəyişməkdə məqsədi komandanı inkişaf etdirməkdə bir sıra yeniliklərə addım atmaqdır. R. Əbdürəhmanovun dövründə komandanın gənc üzvlərinin inkişaf etdirilməsi,onların beynəlxalq yarışlarda qazanılan,həmçinin, İslam Həmrəylik Oyunlarında əldə edilən uğurlar həmin məşqçinin peşəkarlığını sübut edir. Məşqçinin İdman Akademiyasında bir müəllim kimi də uğurları boldur. Üzgüçülük sahəsinə spesifik yanaşması və qaydaları ilə seçilən R.Əbdürəhmanovun vəzifəsi dəyişsə də, federasiyada fəaliyyətinə davam edəcək". 

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər