00:00:00
Yazar
Aise Mustafayeva
09.10.2026 21:47 36 2 dəq oxuma
Sosial

Uzunmüddətli stress və depressiya orqanizm üçün ciddi təhlükə yaradır-Ekspertdən açıqlama 

 

Uzunmüddətli stress və depressiya orqanizm üçün ciddi təhlükə yaradır-Ekspertdən açıqlama

Müasir dövrdə insan psixologiyasına və fiziki sağlamlığına mənfi təsir edən əsas amillərdən biri uzunmüddətli stress və həyəcandır. Sinir sisteminə fərqli dərəcədə yük verən bu vəziyyət vaxtında qarşısı alınmadıqda daha dərin psixoloji problemlərə və depressiyaya gətirib çıxara bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, stress sinir sistemi üçün nisbi bir anlayışdır və müxtəlif səviyyəli gərginlik yaradır.

 

 

Ekspertin sözlərinə görə, stress qeyri-adekvat yük olduqda beyində ciddi izlər buraxır. Normalda beynin qabıqaltı hissələrində emosional motivasiyanı şərtləndirən, ağrını götürən və məmnunluq hissi yaradan morfina yönümlü maddələr və dopamin ifraz olunur.

 

Uzunmüddətli stress və depressiyalar zamanı bu hormon və fermentlər bədəndə tükənir. Onların defisiti yarandıqda isə məmnunluq hissi sönür və bu da dərin depressiyaya rəvac verir. Hər bir insanın sinir sisteminin və beyninin imkanları fərqlidir. Elə insan var ki, uzunmüddətli stressə daha asan uyğunlaşır, bəzi insanlar isə xırda bir məişət gərginliyindən dərin depressiyaya düşə bilirlər, - deyə mütəxəssis qeyd edib.

 

Adil Qeybulla vurğulayıb ki, nevroz, depressiya, həyəcan və anoreksiya kimi hallar birbaşa sinir sistemi ilə bağlı problemlərdir. Bu cür gərginliklərin müalicəsində xəstəliyi dərinləşdirmədən ilk vaxtlarda tədbir görmək vacibdir.

 

 Məsələ dərinləşdikcə processes çətinləşir. Sinir sisteminin əvvəlki vəziyyətinə qayıtması və inamın bərpa olunması üçün psixoloqlar, nevropatoloqlar və digər həkimlər birgə kompleks fəaliyyət göstərməlidirlər”, deyə o bildirib.

 

Mütəxəssis əlavə edib ki, orqanizmdə D vitamini çatışmazlığı, qanazlığı və immun sisteminin zəifləməsi də insanı ruhi olaraq zəiflədə bilər. Stressin təsirlərini azaltmaq üçün fiziki aktivliyi saxlamaq, təmiz havada gəzmək, sağlam qidalanmaq və optimist əhval-ruhiyyəni qorumaq lazımdır. Ən əsası isə insan öz həyatına dəyər verməli və bu ömürdən məmnun olmağı bacarmalıdır.

 

 

Sevanə Pənahova

#yaradır #depressiya #uzunmüddətli #stress
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər