00:00:00
Yazar
Admin User
14.09.2023 08:30 339 2 dəq oxuma
Sosial

UZUNQOL MƏKTƏBLİ KÖYNƏKLƏRİNƏ TƏLƏBAT ARTIB

UZUNQOL MƏKTƏBLİ KÖYNƏKLƏRİNƏ TƏLƏBAT ARTIB

  Məktəbli formalarının satış nöqtələrində mənzərə ötən il belə idi. Alıcı çox, forma az idi. Çox sayda valideyn çətin vəziyyətlə üzləşmişdi. Bu il mənzərə daha pis ola bilərdi. Çünki, 2023-2024 mövsümündə vahid geyimə keçməli olanlar təkcə ibtidai sinifdə təhsil alanlar deyil.

  Ötən ilki kimi Bakı Tikiş Evinin qarşısında izdiham yaşanmır, amma yenə də müraciət edənlər var özü də kifayət qədər. Bu dəfə valideynləri gecikdirən səbəb sifarişlərin gec verilməsi, yaxud tikiş evinin çatdırmaması deyil, şəxsi problemlərdir.

  İstehsalçı deyir ki, yeni mövsümə bir gün qalmasına baxmayaraq müraciətlərin ardı-arası kəsilmir. Gecikənlərin əksəriyyəti də bu il övladını ilk dəfə məktəbə göndərənlərdir. Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimovun sözlərinə görə, tələbin çox olmasına baxmayaraq kifayət qədər geyim istehsal edilir. Hazırda anbarlarda minlərlə forma var. “Keçən il bilirsiniz ki, böyük problemlər yaşandı, qərar gec verildiyinə görə vaxtında lazım olan qədər parça alıb gətirə bilmədik. Bu il qışda bütün parçaları alıb yığdıq və lazım olan qədər məktəbli formaları istehsal etmişik, hətta artıq. Biz onu il boyu satacağıq, çünki bu iş daha mövsümü olmayacaq, bütün siniflər geyindiyi üçün il boyu bu məktəbli formasına ehtiyac olacaq”.

  Hər şey hazır olsa da, bugünlərdə müəssisədə istehsal prosesi yenidən canlanıb. “Bir neçə ay öncə valideynlərin əksəriyyəti qısa qol məktəbli formalarına üstünlük versə də, havalar birdən-birə dəyişdiyinə görə qolu uzun paltarlara təlabat artıb. Bu təlabatı qarşılamaq üçün Bakı tikiş evinin sexlərində tikiş prosesi sürətlə davam etdirilir”.

  Bakı Tikiş Evinin satış müdiri qiymətin dəyişmədiyini də nəzərə çatdırır. “26 ölçüdən 54 ölçüyə kimi pola məktəbli köynəkləri uzun qol-qısa qol bir qiymətə 15 manata satılır. Bütün şalvar və ətəklər 25 manatdır”.

  Təkcə bir tikiş evinin filiallarından indiyədək təxminən 50-60 min məktəbli forması satılıb. Bu rəqəmin ötən illə müqayisədə bir neçə dəfə çox olduğu deyilir. Əsas səbəb isə bu ildən yuxarı sinif şagirdləri üçün də vahid geyim tələbinin qoyulmasıdı.

GÜNDÜZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər