00:00:00
Yazar
Admin User
13.11.2025 18:21 162 2 dəq oxuma
İdman

Vüsal Eynullayev Romada Ciu-Citsu üzrə çempion olub

Vüsal Eynullayev Romada Ciu-Citsu üzrə çempion olub

"Bu uğur Azərbaycanda Ciu-Citsu idmanına olan marağı artıracaq və yeni idmançıların bu idmana cəlb olunmasına kömək edəcək".

 

Bu sözləri Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının ciu-citsu idman növü üzrə milli yığmanın məşqçisi Ceyhun Qulizadə "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Vüsal Eynullayev bir nümunə kimi digər azərbaycanlı idmançıları da ruhlandıracaq və onların da beynəlxalq arenada uğurlar qazanmasına töhfə verəcək:

 

"İdmançıların treninqləri və hazırlanması daha çox diqqət və resursların ayrılmasına səbəb ola bilər. Bununla isə Beynəlxalq yarışlarda qazanılan uğurlar Azərbaycan Ciu-Citsu məktəbinin tanınmasına və nüfuzunun artmasına kömək edəcək. Ümumiyyətlə, bu kimi böyük uğurlar idmanın inkişafına təkan verə bilir, nəticədə isə Azərbaycanda güclü Ciu-Citsu məktəbinin formalaşmasına müsbət təsir göstərir. Vüsal Eynullayev texniki və taktiki baxımdan çox yaxşı performans göstərib. O heç kəsə 1 xal belə verməyib".

 

Müsahibimizin sözlərinə görə, Azərbaycan idmançılarının beynəlxalq döyüş oyunlarında qazandığı uğurları bir neçə amil ilə əlaqələndirmək olar:


"Öncəliklə güclü idman ənənələri və məktəblərinin olması. Azərbaycanda idmanın müxtəlif növləri, o cümlədən döyüş incəsənətləri üzrə ənənələr və məktəblər mövcuddur. Bu da görkəmli idmançıların hazırlanması üçün əlverişli şərait yaradır.
2-ci növbədə dövlət dəstəyinin olmasıdır. Azərbaycan dövləti idmanın inkişafına xüsusi diqqət ayırır. Bu da onların beynəlxalq arenada uğurlar qazanmasına təkan verir. 3-cü amil kimi Azərbaycanda idmançıların peşəkar məşqçilər tərəfindən keyfiyyətli şəkildə hazırlanması, yeni texnika və taktikaların öyrənilməsi diqqət mərkəzində olmasını deyə bilərəm. Son olaraq isə Azərbaycanlı idmançıların disiplinli, fədakar, güclü olmalarını qeyd edəcəm. Bu və s. amillər birgə Azərbaycan idmançılarının beynəlxalq arenada artan uğurlarının əsasıdır".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər