''VALİDEYN ÖVLADININ DOSTU OLMALIDIR''
Psixoloq Gülnar Orucova valideyn-övlad münasibətlərinə toxunub. "Hər valideyn övladının dostunun olmalıdır.
Əgər biz övladımıza dost kimi münasibət bəsləsək, onlar sirrini, narahat olduqları problemi bizə danışıb, bizlə fikir mübadiləsi apararlar. Səhvləri övladlarımızın həyatına uğursuzluq kimi yansıtmalı deyilik. Heç kim bilərək səhv etmir, cəmiyyət onu qınadıqda səhv etdiyini anlayır. Valideyn övladı ilə dost olsa, uşaq kənarda özünə yoldaş axtarmaq, bu zaman bir sıra problemlər yaranmaz".
Müsahib qeyd edir ki, "bəzi valideynlər övladları ilə o qədər sərt rəftar edir ki, övlad etdiyi səhvi valideynə söyləmir, bunun sonu intihara gedib çıxır. Övlad düşüncəsinə görə öz ölümü ilə valideyni cəzalandırır".
Psixoloq valideynlərindən dost münasinəti görən uşaqlarların xarakterindəki müsbət xüsusiyyətlərdən də söz açıb. "Bu zaman övladınızın özgüvəni yerində, özünü qiymətləndirməsi normal olacaq. Sosiallaşmasında, adaptasiya olmasında heç bir problemə rast gəlinməyəcək. Nəticədə övladınız uğurlu şəxsiyyət kimi yetişəcək".
ÇİNARƏ MURADOVA
