VALİDEYNLƏR DİQQƏT - Məktəbli formaları ilə bağlı detallar bu yazıda
Yeni dərs ilinin başlamasına az qalıb. Əslində tətilin yarısı qalıb demək olar, amma məktəb hazırlığı, alış-veriş və digər qayğılar tətilin ikinci yarısına saxlanıldığı üçün valideynlər haqlı olaraq çox vaxt qaldığını düşünmür. Əsas məsələ isə vahid məktəbli formasının tətbiqidir. Bu il nəinki ibtidai, yuxarı siniflərdə vahid məktəbli forması olmalıdır. Bu sahədə bir çox suallar var, nazirlik bəzilərinə aydınlıq gətirib.
Məktəbli formaları artıq bir aydır ki, satışdadır. Valideynlər də ötənilki sıxlığa düşməmək üçün vaxtında hərəkət edərək alış-veriş etmək istəyirlər. Amma bəzi məktəblər şagirdlərini hansı formada görmək istədiklərinə hələ də qərar verə bilməyiblər.
Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Şöbəsinin müdir müavini Orxan Abbasov bildirib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi 4 formadan birinin hansının alınmalı olduğunu şagirdin təhsil aldığı məktəb bildirəcək: "Əgər məktəblərində bununla bağlı dolğun məlumat əldə etməsələr müvafiq Bakı Şəhər Təhsil İdarəsinə və Regional Təhsil İdarələrinə müraciət eliyə bilərlər. Və hətta bizim bu yaxınlarda da bir tapşırığımız var. Siz sosial şəbəkələri də izləsəz artıq ümumtəhsil müəssisələri sosial şəbəkə hesablarında da müvafiq formaların şəkillərini və qərarla bağlı məlumat təqdim edirlər".
Nazirlik rəsmisi deyir ki, əslində məktəblərin böyük əksəriyyəti seçimini edib. Qalanlar əsasən dağlıq bölgələrdə yerləşən, kiçik şagird kontingenti olan məktəblərdi. Bəzi məktəblər isə keçən mövsüm tətbiq etdiyi geyim rəngini bu il dəyişmək qərarına gəlib. Bu isə yeni forma aldırmaqla valideyni əlavə xərcə salmaq deməkdir: "Bu qərarı verərkən valideynlərin də rəyinin alınması şərti gözlənilməlidir və məktəblər bizdə olan məlumata görə bu məqama diqqət yetiriblər. Əgər bu, çox ciddi narazılığa səbəb olubsa, çox xahiş edirik bununla bağlı Təhsil Nazirliyinə müraciət eləsinlər. Biz bu faktı araşdıraq. Amma qeyd elədiyimz kimi böyük məktəbdə 2 minə qədər şagird varsa və cəmi 20 faizi bunun əleyhinə getsə, söhbət 400 adamdan gedir. Valideynlər nəzərə alsınlar ki, bu qərarı Elm və Təhsil Nazirliyi verməyib".
Orxan Abbasov deyir ki, valideynlər formanı istədikləri satış nöqtəsində almaqda sərbəst olmaqla yanaşı, hətta özləri də tikə və ya tikdirə bilərlər. Əsas odur Nazirlər Kabinetinin qərarında əks olunan normativlərə uyğun gəlsin: "Bizə bəzən müraciətlər olur ki, niyə ancaq Bakıda. Amma bizdə olan məlumatlar odur ki, respublikanın müxtəlif əksər böyük şəhər və rayonlarında satış həyata keçirilir. bu, bir qurumun və ya bir şirkətin satışı deyil. Bu bazar sərbəstdir. Bu prosesdə valideynlər özləri sərbəst seçim edə bilərlər".
Qurum rəsmisi onu da əlavə etdi ki, seçilmiş məktəbli formaları növbəti 3 tədris ili üçün qüvvədədir. Gələn il məktəblər yeni rəng həvəsinə düşməsələr...
