00:00:00
Yazar
Admin User
24.10.2023 14:42 364 1 dəq oxuma
Sosial

Vaqif Mustafayevin filmi “ən yaxşı” seçildi

Vaqif Mustafayevin filmi “ən yaxşı” seçildi

20-22 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində 8-ci Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilib.

 

"Azərbaycanfilm" kinostudiyasından İnformator.az-a verilən məlumata görə, oktyabrın 22-də Ankarada “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən tədbirin bağlanış və mükafatlandırma mərasimi baş tutub.

 

Festivalın əsas mükafatı  - “Ən yaxşı tammetrajlı sənədli film” rejissor Vaqif Mustafayevin "Fikrət Əmirov" filminə təqdim olunub.

 

Qısametraj sənədli film nominasiyasında “Münsiflər heyətinin xüsusi mükafatı”nı "Böyük qırmızı ev" (rejissor Leylaxanım Qəmbərli) filmi qazanıb.

 

Tədbirdə “Türk Dünyasına verdiyi töhfələrə görə” Milli Məclisin Mədəniyyət komitəsinin sədri, mərhum Qənirə Paşayeva adına təsis edilən şərəf mükafatı da təqdim olunub.

 

Həcər Əmiraslanlı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər