VAR qərarları yenə gündəmdə: mütəxəssis açıqlama verib
Son günlərdə keçirilən oyunlarda hakimlərin VAR sistemi ilə bağlı verdiyi qərarlar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bir sıra mübahisəli epizodlar klubların və azarkeşlərin narazılığı ilə qarşılanıb.
Mövzu ilə bağlı futbol mütəxəssisi Ceyhun Rzayev fikirlərini "İnformator.az" a açıqlamasında bildirib ki, son oyunlardakı VAR qərarları birmənalı qarşılanmır:
“VAR ədaləti təmin etmək üçün tətbiq olunub. Amma bəzi qarşılaşmalarda verilən qərarlar oyunun taleyinə birbaşa təsir göstərib. Ən böyük problem oxşar vəziyyətlərdə fərqli qərarların verilməsidir. Problemin əsas səbəbinin texnologiyada yox, insan faktorunda olduğunu vurğulayıb: “VAR" sadəcə köməkçi vasitədir. Son qərarı verən hakimdir. Hakimlərin epizodları fərqli şərh etməsi və vahid standartların olmaması mübahisələri qaçılmaz edir. Bu cür qərarların çempionata mənfi təsir göstərdiyini qeyd edib: “Belə hallar çempionatın ədalətinə kölgə salır və azarkeşlərin futbola olan inamını azaldır. Azarkeşlər hər oyunda eyni yanaşmanı görmək istəyir. Əks halda nəticələrə şübhə yaranır”.
Nazim Xeyrxəbərli
