00:00:00
Yazar
Elmira Ağayeva
22.06.2026 21:27 29 1 dəq oxuma
Siyasət

Vaşinqton məsuliyyəti yenə İranın üzərinə qoyur”-ŞƏRH

“Vaşinqton məsuliyyəti yenə İranın üzərinə qoyur”-ŞƏRH

İran İsrail hücumlarını dayandırmaq üçün Livandakı nümayəndələri ilə danışıqlar aparmalıdır”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.


Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın İranı İsrailə qarşı hücumlarını dayandırmaq üçün Livandakı nümayəndələri ilə danışıqlar aparmağa çağırması, əks halda İrana çox sərt zərbələr endirəcəkləri ilə bağlı xəbərdarlığı ABŞ-nin Yaxın Şərq strategiyasında hansı dəyişikliklərin olmasının göstəricisi deyil:


“ABŞ bundan əvvəl olduğu kimi indi də İranın proksi qüvvələrinə görə məsuliyyəti Tehranın üzərinə qoyur. İranı danışıqlar masasına cəlb edə bilən Vaşinqton  bütün məsələləri bu şəkildə etməyə çalışacaq. Çox güman ki, danışıqlar prosesində İrana qarşı təzyiq daha da sərtləşəcək. 
İsrail-İran qarşıdurmasının həllində Livanın əsas amillərdən biri kimi görülməsi Hizbullah hərəkatının İranın ən güclü proksi qüvvəsi olması ilə bağlıdır. Əgər, ABŞ Hizbullahın silahsızlaşdırılmasına nail olsa, Yaxın Şərqdə gərginlik ciddi şəkildə azalar.İranın Livandakı müttəfiqlərinə təsir imkanları isə çox böyükdür. Çünki, bu qüvvələrin mövcudluğu İrandan asılıdır. Məhz İran bu qüvvələri yaradıb, silahlandırıb və maliyyələşdirir. Ona görə İranın bu qüvvələrə çox böyük təsir imkanı var”.


Nuray Əliyeva

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər