00:00:00
Yazar
Güllər Gülhüseynova
03.06.2026 20:26 24 2 dəq oxuma
Siyasət

Vaşinqtonda İsrail-Livan görüşləri: ABŞ regionda gərginliyi azaltmağa çalışır

Vaşinqtonda İsrail-Livan görüşləri: ABŞ regionda gərginliyi azaltmağa çalışır

İsrail və Livan Vaşinqtonda danışıqların dördüncü raunduna başlayıb

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ çalışır ki, İranla atəşkəs əldə olunsun, danışıqlar baş tutsun və bölgədəki gərginlik aradan qalxsın:

 

“Konkret olaraq Vaşinqton Hörmüz boğazının açıq qalmasını və İranın nüvə silahına sahib olmamasını istəyir. Bu məsələlərin həlli isə, təbii ki, danışıqlar və diplomatiyadan keçir. Vasitəçi dövlətlərin də istəyi bu istiqamətdədir. Eyni zamanda İranın cavab vermək imkanları da bu prosesi zəruri edir. Buna görə də Donald Tramp atəşkəsin əldə olunmasında, danışıqların başlamasında və müəyyən formada İranla razılaşmanın əldə edilməsində maraqlıdır. Bunun üçün İsrail və Livan arasında atəşkəsin olması, qarşıdurmanın dayanması vacib şərtlərdən biridir. İran da öz növbəsində müəyyən şərtlər irəli sürür və ABŞ bu məsələlərlə bağlı İsraillə müzakirələr aparır. Bildiyim qədərilə artıq ABŞ-də Livan və İsrail nümayəndələri arasında görüşlər keçirilir və bu görüşlərdə anlaşma, uzlaşma və kompromis imkanları müzakirə olunur. Ümumiləşdirsək, bu görüşlər regionda gərginliyin azalmasına xidmət edir. Eyni zamanda ABŞ burada moderator rolunda çıxış edərək tərəfləri kompromisə gətirməyə çalışır. Hazırda Livan və İsrail arasında atəşkəsin əldə olunması İranla münasibətlərin normallaşdırılması prosesinə də ciddi dəstək verə bilər. Yəni ABŞ çalışır ki, problemi həll etsin, İranla anlaşma əldə etsin və bu çərçivədə İsrail-Livan münasibətlərinin daha da gərginləşməsinin qarşısını alsın. Əgər ABŞ və İran arasında anlaşma əldə olunmasa, yenidən qarşıdurma və hərbi eskalasiya başlasa, o zaman İsrail və Livan arasında da qalıcı sülhün əldə olunması çətin olacaq. Hazırda baş verən proseslər regionda sülhün təmin olunması istiqamətində ABŞ-nin diplomatik səylərinin bir hissəsi kimi qiymətləndirilməlidir”.

 

Güllər Gülhüseynova

#İran #İsrail #Livan #ABŞ #siyasət #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər