00:00:00
Yazar
Admin User
05.07.2023 07:54 235 3 dəq oxuma
Sosial

"Vaxt və Zaman" - Fatimə Mustafayeva yazır

"Vaxt və Zaman" - Fatimə Mustafayeva yazır

Kainat.... Hər kəs həyat təcrübəsində bu sözlə mütləq tez-tez rastlaşır. İnsanlara sual versək ki, "Kainat sizin düşüncə tərzinizdə necə bir yerdir?" əlbəttə ki, bu zaman fərqli cavablarla üzləşəcəyik. Sizcə, nə üçün? Bəs nəyə görə insanlar düşüncə cəhətdən bir-birilərinə bənzəmirlər?

 

Gəlin bu sualın cavabına belə aydınlıq gətirək. Ümumi mənbələrə əsasən, kainatı tanrı yaradıb. Tanrı da insanları yaratmaqla, bəşər tarixinin ən böyük xəzinəsini düşünmək qabiliyyətini bizlərə hədiyyə edib. Məhz bu qabiliyyət bizi bütün canlı aləmdən fərqləndirir. Dünyaya ümumi nəzər salsaq, beynimiz sayəsində qədimdən indiyə qədər bir çox işlər bacara bilmişik. Amma unutmayaq ki, beynimiz həm də bizim ən təhlükəli düşmənlərimizdən biridir. Bu təhlükəli varlıq bəşər tarixinin ən dəhşətli silahlarını, müharibələrini yaradıb. Burdan belə nəticəyə gəlirik ki, beynimiz elə bir sistemdə qurulub ki, o, hər şeyi öz dairəvi oxu ətrafında stabil vəziyyətdə saxlayır. Bəs insanlar bu qədər işlər bacarmışkən, nəyi hələ də idarə edə, öz hökmranlıqlarında saxlaya bilmirlər? Maraqlı sualdır. Əslində, sualın cavabı çox sadədir.

 

“Zaman”

 

Biz onu yenidən tənzimləyə, yaxud icad edə bilmirik. Məsələn: İşlək vəziyyətdən düşmüş telefon düşünün. Onun təmiri mümkündürsə, ustaya aparacağıq. Yaxud da yararlı vəziyyətdə deyilsə, artıq yenisi ilə əvəz edəcəyik. Gördüyümüz nümunədən anlayırıq ki, zaman təmir edilən əşya deyil. Biz yaşadığımız müddət ərzində zaman su kimi axıb gedir. Bəs zamanın uçub getdiyini niyə hiss etmirik?

 

Gəlin buna dair bir nümunəyə nəzər salaq. Gözlərinizi bağlayın. Təsəvvür edin ki, insanlarla dolu olan bir küçədə hərəkətsiz vəziyyətdə dayanmısınız. Müşahidə etməyə çalışın. Görün insanlar nə edirlər? Birlikdə ətrafa nəzər yetirək. İşə tələsən kostyumlu insanlar, universitetə, yaxud məktəbə vaxtında çatmağa çalışan gəncləri, yeni müştərilərini qarşılamaq üçün mağazalarını cəldliklə açmağa çalışan sahibkarları və daha çoxlarını görürük.

 

Nə müşahidə etdiniz? Sizə görə insanlar necə idilər? Sizcə, bu təsəvvürümüzdə canlandırdığımız insanlar sanki proqramlaşdırılmış robotlara bənzəmirdilər? Bunu deməyimdə əsas məqsədim odur ki, hazırda yaşadığımız mühitdə insanlar robot kimi hərəkət edirlər.Səhər dururlar, hazırlaşırlar, sonra işə gedirlər, yenə evə gəlirlər və eyni şəkildə hər gün təkrarlanan hərəkətlər......

Zaman da biz hiss etmədən beləcə gedir. İnsan oğlu anlamalıdır ki, verilən zaman bir daha geri qayıtmır. Buna görə də ona verilən vaxtını dəyərli etməlidir. Bəs vaxtımızı dəyərli etmək üçün nə etməliyik? Əlbəttə ki, bu sizdən asılıdır. Tutaq ki, bir gün yenə də işdən çıxıb evə getməlisiniz. Gəlin, bu qaydaları pozaq. Qaydalarla yaşamayın, əksinə onları pozun. Dostlarınıza zəng edin, onlarla görüşün, sevimli məkanlarınıza gedin və yaxud özünüzü dəyərli hiss edəcəyiniz vərdişlərə yiyələnin. Vaxtınızı səmərəli keçirin. Baxın, bizim üçün nə keçmiş, nə də gələcək deyilən anlayış var. Bizim üçün sadəcə indiki an var. Siz yalnız indiki anı dəyişə bilərsiniz. Keçmiş və gələcək anlayışları ancaq biz insanların peşmanlıqlarını örtən bəyaz yalanlardır. İnsan yaş almaqdan deyil, yaşamamaqdan qorxmalıdır. Həyatda yaşadığınız hər bir anın zərrəsindən həzz alın. Zaman pula bənzəyir, lazımsız yerə xərcləməsən, hər yerə çatar.

 

Fatimə Mustafayeva

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər