Venesuela hücumundan əvvəl Konqres komitələrinə məlumat verilmədiyi iddiası
ABŞ Konqresində ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) və kəşfiyyat orqanlarına nəzarət edən komitələrin Venesuelaya hücumdan əvvəl məlumatlandırılmadığı iddia edilib.
ABŞ-də yerləşən Wall Street Journal (WSJ) qəzetinin məsələ ilə tanış olan rəsmilərə istinadən verdiyi məlumata görə, hücum başlayandan sonra Pentaqona və kəşfiyyat orqanlarına nəzarət edən komitələrə məlumat verilib.
Digər tərəfdən, Tramp administrasiyasının əməliyyatdan əvvəl Nümayəndələr Palatasının, yoxsa Senatın üzvlərini ayrı-ayrılıqda məlumatlandırmasının müəyyən edilə bilməyəcəyi qeyd edilib.
Venesuelanın paytaxtı Karakasda bu gün yerli vaxtla səhər saat 2:00 radələrində partlayışlar və təyyarələrin səsi eşidilib.
Partlayışlardan sonra Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.
ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücumun təşkil edildiyini, Maduro və həyat yoldaşının ölkədən təxliyə edildiyini açıqlayıb.
ABŞ-nin Baş prokuroru Pam Bondi, həmçinin ABŞ-də Maduro və həyat yoldaşı Cilia Floresə qarşı "narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-yə qarşı pulemyot və təxribatçı qurğuların saxlanması" daxil olmaqla ittihamlarla ittiham edildiyini açıqlayıb.
Venesuela hökuməti beynəlxalq ictimaiyyəti ABŞ-ni qınamağa çağırıb. Bəzi ölkələr hücumu tənqid edərkən, digərləri də bəyanatlarında ABŞ-ni dəstəklədiyini bildirib.
Aydan Əsgərxanlı
TRT Türk
