00:00:00
Yazar
Admin User
24.01.2026 18:43 75 1 dəq oxuma
Dünya

Venesuelada 600-dən çox məhbus azadlığa buraxılıb

Venesuelada 600-dən çox məhbus azadlığa buraxılıb

Venesuelada 600-dən çox məhbus azadlığa buraxılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges bildirib.

 

Rodriges dekabr ayından bəri 626 məhbusun azad edildiyini, bu rəqəmin təsdiqlənməsi üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edəcəyini deyib.

 

Məlumata görə, bu rəqəm bütün siyasi məhbusların azad edilməsini tələb edən insan haqları təşkilatlarının verdiyi saylardan xeyli yüksəkdir.

 

Qeyd edək ki, yanvarın 3-də ABŞ-nin Karakas əməliyyatından sonra hökumət həbsxanalarda saxlanılan yüzlərlə Maduro əleyhdarlarını azad edəcəyinə söz verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər