00:00:00
Yazar
Admin User
07.01.2026 10:00 63 1 dəq oxuma
Dünya

Venesuelada xarici jurnalistlər saxlanılıb

Venesuelada xarici jurnalistlər saxlanılıb

ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı açıqlamasından sonra ölkədə baş verən hadisələri işıqlandıran xarici jurnalistlər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Venesuelada media işçilərini təmsil edən həmkarlar ittifaqının məlumatına görə, bazar ertəsi günü paytaxt Karakasda ən azı 14 jurnalist saxlanılıb. Saxlanılanların əksəriyyətinin xarici vətəndaş olduğu bildirilir. Məlumata əsasən, jurnalistlər Milli Assambleya ətrafında, Altamira rayonunda və Karakasın müxtəlif bölgələrində saxlanılıb. Bəzi media nümayəndələrinin hərbi əks-kəşfiyyat bölmələri, digərlərinin isə kəşfiyyat xidmətləri tərəfindən tutulduğu iddia olunur.

 

Qeyd edilir ki, saxlanılan jurnalistlərin əksəriyyəti daha sonra sərbəst buraxılıb, onlardan biri isə deportasiya edilib.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər