00:00:00
Yazar
Admin User
07.01.2026 04:40 70 1 dəq oxuma
Dünya

Venesuelada yeddi günlük matəm elan edilib

Venesuelada yeddi günlük matəm elan edilib

Venesuelada prezident vəzifələrini müvəqqəti icra edən Delsi Rodriqes respublikanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olmuş gənclərin şərəfinə yeddi günlük milli matəm elan edib.

 

"İnformator.az" xəbər verir ki, D. Rodriqes bunu VTV telekanalının efirində bəyan edib.

 

"Venesuelanı və prezident Nikolas Maduronu müdafiə edərək həyatını qurban verən gənc qadın və kişilərin şərəfinə, onların qəhrəmanlığı və fədakarlığına minnətdarlıq olaraq yeddi günlük matəm elan etməyə qərar verdim", – deyə o bildirib.

 

Onun sözlərinə görə, matəm elanının səbəbi hakimiyyətin "qurbanlar" adlandırdığı, respublikanın ali dəyərləri uğrunda ölkəni müdafiə edərkən həlak olmuş gənclərin ölümü ilə bağlıdır. D. Rodriqes daxili sülhün qorunmasının vacibliyini vurğulayıb və bir daha Venesuelaya qarşı təzyiq və hücumların dayandırılmasına çağırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər