Venesuelada zəlzələ qurbanlarının sayı 188 nəfərə çatıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib.
Onun sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.
"3 000-ə yaxın ailə zəlzələnin fəsadlarından zərər çəkib", - Rodriges əlavə edib.