Venesuelaya zərbədən Zelenski narahatdır?
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-nin Ukrayna istiqamətinin zəifləməsindən narahat deyil. ABŞ Prezidenti Donald Tramp Ukrayna mövzusuna maraq göstərməklə Kiyevə nə fayda verib ki?!
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qərb mediasının ABŞ-nin Venesuelaya endirdiyi zərbələrə görə Kiyevin Vaşinqtonun prioritetlərinin dəyişməsi və Ukrayna istiqamətində marağın zəifləməsindən narahat olması haqda iddialara münasibət bildirərkən qeyd edib.
“Trampı Ukraynanın ərazi itkisi düşündürmür, onun əsas məqsədi müharibəni hətta Donbasın tamamının Rusiyaya təhvil verməsi hesabına olsa belə dayandırmaqdır. Zelenski ona görə Trampla görüşlərə gedir ki, dəvətlərə mənfi cavab versə, ABŞ prezidenti ilə münasibətləri gərginləşdirəcək. O, sadəcə Trampla hər dəfə görüşməyə və Vaşinqtonun təkliflərini müzakirə etməyə hazır olduğunu söyləməyə məcburdur. Zelenskiyə Trampla növbəti qarşıdurma lazım deyil. Ukraynaya ABŞ-nin silahları və hərbi texnikası lazımdır, onu da Avropa üzərindən alır. ABŞ hərbi texnikanı Avropa ölkələrinə satır, onlar da həmin texnikanı Ukraynaya ötürürlər”, - o bildirib.
